AÇ-2024: Azərbaycan milli komandası səfərdə İsveç yığması ilə qarşılaşacaq

AÇ-2024: Azərbaycan milli komandası səfərdə İsveç yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün F qrupunda mübarizə apardığı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

mediasport.az xəbər verir ki, 3 gün əvvəl Avstriyada yerli yığmaya 1:4 hesabı ilə məğlub olan Canni De Byazinin komandası Solna şəhərində İsveç futbolçularının qonağı olacaq.

Skandinavlar da qrupda ilk görüşü məğlubiyyətlə başa vurublar. Dünyaşöhrətli veteran Zlatan İbrahimoviçin komanda yoldaşları evdə Beşlika millisinə 0:3 hesabı ilə uduzub.


AÇ-2024. Seçmə qrup mərhələsi. F qrupu. 2-ci tur


22:45. İsveç – Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, "Frends Arena".