"Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdur" - Millimizin rəqibi
"Fərqli rəqiblərlə üz-üzə gəlmək istəyirdik. Azərbaycan və İsveç yığmaları bizə tanışdır".
Mediasport.az xəbər verir ki, bu sözləri Estoniyanın baş məşqçisi Tomas Heberli UEFA Millətlər Liqasının püşkatmasından sonra deyib.
O, güclü qrupda yer aldıqlarını söyləyib:
"Komandamız üçün yaxşı sınaq olacaq. Bir il ərzində necə inkişaf etdiyimizi görə bilərik. Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdur".
C Liqasının 1-ci qrupunda Azərbaycan Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də qarşılaşacaq.