Musa İsveçdə nədən təsirlənib?
İsveçin "Yurqorden" klubuna transfer olunmuş Musa Qurbanlı Skandinaviya mətbuatına açıqlama verib.
MediaSport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu İsveç klubunda özünü rahat hiss etdiyini deyib.
21 yaşlı forvard bildirib ki, sanki komandada yeni deyil: “Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır. Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.
Bu gün Yüksək Liqada lider "Elfsborq"a qarşı matçda debütü gözlənilən gənc futbolçu oynamağa tam hazır olduğunu vurğulayıb.