Musa Qurbanlı "Yurqorden" klubunda növbəti qolunu vurub

Musa Qurbanlı "Yurqorden" klubunda növbəti qolunu vurub

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda növbəti qolunu vurub.

Mediasport.az xəbər verir ki, 22 yaşlı forvard əvəzedici komandanın heyətində “Degerfors”la matçda fərqlənib.

Elit Liqa Kuboku görüşü Qurbanlının komandasının 4:2 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, yığmamızın üzvü cari mövsüm İsveçin əsas çempionatının 2 oyunun ümumilikdə 30 dəqiqə meydanda olub.