Milli FİFA reytinqində irəlilədi

Milli FİFA reytinqində irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

mediasport.az xəbər verir ki, Azərbaycan yığması sıralamada iki pillə irəliləyib.

Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb. Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.