Milli komandamız seçmə mərhələdə 2-ci oyununu keçirəcək - DÇ-2023

Milli komandamız seçmə mərhələdə 2-ci oyununu keçirəcək - DÇ-2023

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil olunan Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci matçına çıxacaq.

MediaSport.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı kollektiv yer aldığı "A" qrupunda Estoniya yığması ilə qarşılaşacaq.

"Su İdman Sarayı”nın çimərlik futbolu meydançasında oynanılacaq görüş saat 18:45-də başlanacaq. Qrupunun digər dueli İtaliya ilə Moldova futbolçuları arasında olacaq.

Komandamız dünən keçirdiyi ilk oyunda Moldovaya uduzub - 2:3.