De Byazi AFFA-ya təşəkkür etdi
“Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm”.
MediaSport.az xəbər verir ki, milli komandamızla müqavilə müddəti artırılan Canni de Byazi sosial şəbəkə hesabında paylaşım edib.
Növbəti seçmə mərhələnin sonuna qədər yığmamızı çalışdıracaq 66 yaşlı italyanın paylaşımının davamı belə olub:
“İndi bizi iddialı və gərgin sınaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi gözləyir. Mənimlə inamla addımlayan futbolçularıma, meydanda və ondan kənarda əzmlə çalışanlara təşşəkkürümü bildirirəm. Onlar mənim üçün cox dəyərlidir”.