Milli futbolçumuzun komandası Asiyada növbəti xalını qazanıb
Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon" "Sanqmu" ilə qarşılaşıb.
Yığmamızın üzvünün 90 dəqiqə meydanda olduğu matçda hesab açılmayıb.
26 yaşlı futbolçumuzun komandası 10 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.