Fernando Musleraya əvəz tapıldı: Bu qapıçı ilə 3 illik anlaşma - RƏSMİ

Fernando Musleraya əvəz tapıldı: Bu qapıçı ilə 3 illik anlaşma - RƏSMİ

"Qalatasaray" 12 ildir komandada çıxış edən Fernando Musleraya əvəzləyici tapıb.

MediaSport.az xəbər verir ki, İstanbul nəhəngi gələn mövsümün sonunda "aslanlar"la vidalaşacaq 37 yaşlı uruqvaylıya alternativ Günay Güvençi görüb.

"Sarı-qırmızılılar" "Qaziantep"in 32 yaşlı qolkiperi ilə 3 illik müqavilə bağlayıblar. Antep təmsilçisi transferdən 250 min avro qazanıb.

Hər mövsüm üçün 19 milyon lirə məbləğ alacaq Günay ötən mövsümün yarısını icarə əsasında "Kasımpaşa"da keçirib.

2011-ci ildən "cim-bom"un uğurları üçün çalışan Muslera son Türkiyə çempionunun heyətində 372 qarşılaşmada meydana çıxıb.