"Qarabağ"lıların millisi vəsiqə qazana bilməyib - AVRO-2024

"Qarabağ"lıların millisi vəsiqə qazana bilməyib - AVRO-2024

AVRO-2024-ün seçmə mərhələsində sonuncu tura start verilib.

Mediasport.az xəbər verir ki, 10-cu tur çərçivəsində ilk gün 4 qrupda ümumilikdə 9 görüş baş tutub.

Yekunda Serbiya milli komandası da adını qitə birinciliyinin final mərhələsinə yazdırıb.

Draqan Stoykoviçin komandası buna evdə Bolqarıstan yığması ilə heç-heç etməklə nail olub. Beləcə "Qarabağ"ın futbolçuları Marko Veşoviçlə Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi AÇ-2024-ə yollanmaq imkanından məhrum edilib. Bu komanda həm səfərdə Macarıstana qalib gəlməli, həm də serblər evdə bolqarlara uduzmalı idilər.


AVRO-2024. Seç qrup mərhələsi. 10-cu tur


A qrupu

23:45. Şotlandiya – Norveç 3:3

23:45. İspaniya – Gürcüstan 3:1

Xal durumu: İspaniya – 21, Şotlandiya – 17, Norveç – 11, Gürcüstan – 8, Kipr – 0.


F qrupu

21:00. Belçika – Azərbaycan 5:0

21:00. İsveç – Estoniya 2:0

Xal durumu: Belçika – 20, Avstriya – 19, İsveç – 10, Azərbaycan – 7, Estoniya - 1.


G qrupu

18:00. Macarıstan – Monteneqro 3:1

18:00. Serbiya – Bolqarıstan 2:2

Xal durumu: Macarıstan – 18, Serbiya – 14, Monteneqro – 11, Litva – 6, Bolqarıstan - 4.


J qrupu

23:45. Bosniya və Herseqovina – Slovakiya 1:2

23:45. Lixtenşteyn – Lüksemburq 0:1

23:45. Portuqaliya – İslandiya 2:0

Xal durumu: Portuqaliya – 30, Slovakiya – 22, Lüksemburq – 17, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0.