UEFA Rusiyanı dəstəkləyən Belarus yığması haqda qərar verdi
UEFA tərəfindən cəzalandırılan və ev oyunlarını doğma meydanda keçirə bilməyən Belarus yığmasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsindəki növbəti matçlarının məkanı müəyyənləşib.
mediasport.az xəbər verir ki, komanda İsrail və Kosovo ilə ev oyunlarını Macarıstanın paytaxtı Budapeştdə keçirəcək.
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, artıq UEFA bununla bağlı müvafiq razılıq verib.
Hər iki qarşılaşma Budapeştdəki “Ferens Susa” stadionunda baş tutacaq. İsraillə qarşılaşma iyunun 16-da, Kosovo ilə görüş isə üç gün sonra keçiriləcək.
Belarus Rusiyanın Ukraynaya təcavüzkar hərbi müdaxiləsini dəstəklədiyi üçün dünya miqyaslı yarışların çoxdundan diskvalifikasiya edilib.