Almaniyada növbəti yarımfinal həyəcanı - UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları davam edir.
Mediasport.az xəbər verir ki, raundun ikinci cütünün ilk dueli də Almaniyada reallaşacaq.
Ölkənin digər təmsilçisi Dortmund "Borussiya"sı PSJ ilə qarşılaşacaq.
Cavab matçı mayın 7-də baş tutacaq.
Yarımfinalın digər görüşündə "Bavariya" dünən Madrid "Real"ı ilə bərabərə qalıb - 2:2.
Bu cütün cavab matçı mayın 8-də İspaniyada olacaq.
UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun
23:00 "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Almaniya, Dortmund, "Siqnal İduna Park" stadionu.