"Nant"ın bu futbolçusu "Qarabağ"a qarşı oynaya bilməyəcək
"Nant" Avropa Liqası qrup mərhələsinin beşinci turunun "Qarabağ"la oyununa ciddi itki ilə çıxacaq.
mediasport.az xəbər verir ki, Fransa klubunun müdafiəçisi Şarl Traore zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oynaya bilməyəcək.
Bu barədə komandanın baş məşqçisi Antuan Kombuare məlumat verib. Mütəxəssis bildirib ki, 30 yaşlı futbolçu bir müddət komandadan uzaq qalacaq.