"Roma" da "Bayer" qarşısında aciz qaldı, Fransada "sülh" - Avroliqa

"Roma" da "Bayer" qarşısında aciz qaldı, Fransada "sülh" - Avroliqa

UEFA-nın futbol üzrə ikinci nüfuzlu klub yarışı Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, cari mövsüm bütün turnirlər daxil 46 oyundur məğlub olmayan "Bayer" Roma səfərində meydana çıxıb və inamlı qələbə ilə finalın qapısını aralayıb.

İtaliyanın digər təmsilçisi "Atalanta" isə Fransanın məşhur "Velodrom" arenasında "sülh" bağlayıb.

Raundun cavab matçları mayın 9-da oynanılacaq.


UEFA Avropa Liqası. Yarımfinal. İlk oyunlar


23:00 "Roma" (İtaliya) - "Bayer" (Almaniya) 0:2

Qollar: Florian Virts, 28, Robert Andrix, 73.

Baş hakim: Fransua Leteksye (Fransa)

İtaliya, Roma, "Stadio Olimpiko" stadionu.


23:00 "Marsel" (Fransa) - "Atalanta" (İtaliya) 1:1

Qollar: Şansel Mbemba, 20 - Canluka Skamakka, 11.

Baş hakim: Daniel Sibert (Almaniya)

Fransa, Marsel, "Velodrom" stadionu.