"O, əfsanəvi futbolçudur, məni az da olsa, tanıyır" - JULİO ROMAO
"Çətin oyun olacağını bilirdik. Görüş səfərdəkindən fərqli oldu. "Olimpiakos"a hörmətlə yanaşdıq. Qələbə qazana bilərdik. Şansımız var idi. Gələcəyə baxmaq, işləmək lazımdır".
mediasport.az xəbər verir ki, bu sözləri "Olimpiakos"la qarşılaşmadan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao deyib.
Braziliyalı futbolçu 0:0 hesabı ilə başa çatan matçdan sonra 4 oyuna qazanılan 7 xalın pis nəticə olmadığını bildirib: "Daha çox xal toplaya bilərdik. Öz üzərimizdə işləməliyik. Daha yaxşısına ümid edirik".
Oyundan sonra "Olimpiakos"da çıxış edən həmyerlisi Marselo ilə görüşən Romao onunla tanışlığının olmadığını söyləyib: "Hər ikimiz Riodanıq. Marselo əfsanəvi futbolçudur. Məni az da olsa, tanıyır. Həm də ona qarşı oynadım. Bundan şərəf duyuram".
Hər futbolçunun arzusu olduğunu deyən Romaonun sözlərinə görə, onun xəyalı nə vaxtsa əfsanəvi futbolçulara qarşı oynamaq olub: "Amma hər şeyin bu qədər tez olacağını bilmirdim. Portuqaliyanın "Santa Klara" klubunda olanda mənə anidən təklif gəldi. Son 1 həftədə ideallarımdan biri olan futbolçuya qarşı oynadım. Hadisələrin belə tez cərəyan etməsini gözləmirdim".