Nazir Serbiyaya səfər edib

Nazir Serbiyaya səfər edib

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edib.

Mediasport.az xəbər verir ki, nazir səfər çərçivəsində serbiyalı həmkarı Zoran Qayiçlə, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviçlə və Serbiya Gimnastika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirib.

Fərid Qayıbov həmçinin Belqradda davam edən güləş üzrə dünya çempionatında Azərbaycan idmançılarının çıxışlarını izləyib, 97 kq çəki dərəcəsində dünya ikincisi olan təmsilçimiz Maqomedxan Maqomedova gümüş medalı təqdim edib.

Qeyd edək ki, Serbiyanın gənclər və idman naziri vaxtilə Azərbaycanda işləyib. O, qadınlardan ibarət "Rabitə" voleybol klubunu dəfələrlə Azərbaycan çempionu, dünya çempionu edib və komandamıza Çempionlar Liqasında gümüş medal qazandırıb.