Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
Mediasport.az xəbər verir ki, iyunun 1-dən 2-dək təşkil olunacaq turnirin reqlamentə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafəyə mübarizə aparacaqlar.
İyunun 1-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək.
İyunun 2-si saat 11:00-da yarışın rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.