"Neftçi" 1-ci Liqa klubu ilə üz-üzə

"Neftçi" 1-ci Liqa klubu ilə üz-üzə

Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışını keçirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda 1-ci Liqa təmsilçisi "Ərzurumspor"la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək və paytaxt təmsilçisinin rəsmi "YouTube" kanalında canlı yayımlanacaq.

"Ağ-qaralar" yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində bir yoxlama matçı daha keçirəcək.