"Sumqayıt" milli üzvünün transferini həll etdi: 3 illik müqavilə - FOTO

"Sumqayıt" milli üzvünün transferini həll etdi: 3 illik müqavilə - FOTO

2023/2024-cw ill'r mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

MediaSport.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə bağlayıb.

“Qəbələ”nin yetirməsi  karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.