Fransalı hücumçu "Qəbələ" ilə 2 illik müqavilə imzaladı - RƏSMİ

Fransalı hücumçu "Qəbələ" ilə 2 illik müqavilə imzaladı - RƏSMİ

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

MediaSport.az xəbər verir ki, “qırmızı-qaralar” Bilel Auaşeriyanın keçidini rəsmiləşdirib.

29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

“Sent-Etyenn” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Karyerası ərzində “Sent-Etyenn”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.