"Neftçi" 4 legioner oyunçu ilə müqavilə bağladı - RƏSMİ

"Neftçi" 4 legioner oyunçu ilə müqavilə bağladı - RƏSMİ

"Neftçi" İdman Klubunun basketbol komandası 4 oyunçunun keçidini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, paytaxt klubu ABŞ basketbolçuları - Alonzo Kempbell, Broderik Robinson, Ayzah Luis və Kevion Bleyloku heyətə cəlb edib.

Kempbell ötən mövsüm İsveçrədə çıxış edib, Robinson sonuncu dəfə Portuqaliyanın "Braqa" klubunun şərəfini qoruyub.

Luis Finlandiyanın “Huima”, Bleylok isə Avstraliyanın “Alburi” klubunda forma geyinib.

Legionerlərlə mövsümün sonunadək müqavilə bağlanıb.