"Sabah"ın baş məşqçi əvəzi: "Rəqibi müdafiəmizlə məğlub etdik"

"Sabah"ın baş məşqçi əvəzi: "Rəqibi müdafiəmizlə məğlub etdik"

"Çox çətin oyun oldu. Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçi əvəzi Nikola Bozinovski deyib.

O, Azərbaycan Basketbol Liqasının 9-cu turunun "Xəzri" ilə görüşü barədə danışıb, 84:80 hesablı qələbəni şərh edib:

"Biz  bu cür oynamağı xoşlayırıq. Bu oyunu müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi. Oyunun sonuna yaxın daha çox enerji sərf etdik. Rəqibi müdafiəmizlə məğlub etdik. Onların geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq!".