Milli komandamız Avropa çempionatına qələbə ilə başladı

Milli komandamız Avropa çempionatına qələbə ilə başladı

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C Divizionunda ilk oyununu keçirib.

MediaSport.az xəbər verir ki, B qrupunda qərarlaşan yığmamız yerli basketbolçularla qarşılaşıb.

Görüş komandamızın qələbəsilə yekunlaşıb - 64:50.

Yığma qrupun növbəti oyununda Moldova ilə üz-üzə gələcək. Matç bu gün Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.