Ronaldo evlənib - FOTOLAR

Ronaldo evlənib -  FOTOLAR

Əfsanəvi braziliyalı hücumçu Ronaldo (Luis Nazario de Lima) rəsmi nikaha daxil olub.

Mediasport.az xəbər verir ki, "fenomen" 7 ildir birlikdə yaşadığı model Selina Loksla münasibətlərini rəsmiləşdirib.

İkiqat dünya çempionu və 2 dəfə "Qızıl top"u qazanmış veteranın toy mərasimi ispaniyanın İbiza adasındakı "Es Cubell" kilsəsində baş tutub.

Rəsmi nikahdan sonra məclis Ronaldonun malikanəsində 400 nəfər qonağın iştirakı ilə davam etdirilib.