"Neftçi" - "Spartak" matçını idarə edəcək hakimlər açıqlanıb
Bu gün yoldaşlıq matçı çərçivəsində keçiriləcək "Neftçi" - "Spartak" (Moskva) oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Neftçi Arena"da oynanılacaq görüşün baş hakimi Rauf Cabbarov olacaq.
Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər.
VAR hakimləri funksiyasını Cavid Cəlilovla Müslüm Əliyev yerinə yetirəcək.
Qarşılaşma Moskvada "Crocus City Hall”da baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlanacaq.
Matç saat 18:00-da start götürəcək.