Avstriyalılar millimizlə AÇ oyunu üçün bilet satışını dayandırdı
AÇ-2024-ün seçmə mərhələsinin martın 24-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması üçün bilet satışı təxirə salınıb.
mediasport.az xəbər verir ki, buna görüşün təşkil oediləcəyi "Rayffayzen Arena"nın yeni təmirdən çıxması səbəb olub.
Avstriya Futbol Federasiyası yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət göstərilməsi üçün stadionu çempionat oyunlarında sınaqdan keçirməyi planlaşdırır. Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.
Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.
Millimiz F qrupunda həmçinin Belçika, İsveç və Estoniya yığmalarına qarşı mübarizə aparacaq.