"Neftçi"dən ayrılan Fərrux Mahmudova yeni vəzifə verildi

"Neftçi"dən ayrılan Fərrux Mahmudova yeni vəzifə verildi

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

Mediasport.az xəbər verir ki, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

F.Mahmudov mayın 31-də "Neftçi" Futbol Klubunun baş icraçı direktor vəzifəsindən ayrılıb.

Xatırladaq ki, o, daha əvvəl ABL-in icraçı direktoru vəzifısində çalışıb.