Avropa Kuboku: Azərbaycan millisi bu gün Vyanada iki oyuna çıxacaq

  Avropa Kuboku: Azərbaycan millisi bu gün Vyanada iki oyuna çıxacaq

3x3 basketbol üzrə qadınlardan ibarət milli komandalar arasında Avstriyanın paytaxtı Vyanada Avropa Kuboku start götürür.

Mediasport.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan 15:40-da İspaniya ilə mübarizə aparacaq.

Yığmamız daha sonra 19:15-də Avstriya ilə qarşılaşacaq.

Qrupda ilk iki yerin sahibi 1/4 finala adını yazdıracaq.

Sabah kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avstriya və Niderlandla üz-üzə gələcək.

Avropa Kuboku. C qrupu

15:40 Azərbaycan - İspaniya

19:15 Azərbaycan - Avstriya