"Sabah" FİBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb

 "Sabah" FİBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb

"Sabah” basketbol komandası FİBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin son oyununda da qalib gələrək qrup lideri olub.

Təmsilçimiz həlledici dueldə Rumıniyanın “Rapid” klubunu məğlub edib - 90:71.

"Sabah" D qrupuna qrup lideri kimi yüksəlib.

A qrupunda ilk matçda Niderlandın "Donar" klubundan üstün olan (75:72) Azərbaycan çempionu ikinci görüşdə “Rabotniçki”ni i83:81 hesabı ilə məğlub etmişdi.

Komandamız əsas mərhələdə - D qrupunda "Mornar" (Monteneqro), "Bağçaşəhər" (Türkiyə) və "Nimbruk" (Çex Respublikası) klubları ilə qarşılaşacaq.

İlk oyunumuz oktyabrın 18-i səfərdə Monteneqronun "Mornar" klubuna qarşı olacaq.