"Federasiya 7 liqada yarış keçirir, futbolda isə bunu edə bilməmişik"
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Basketbol Liqasının 2023/2024-cü illər mövsümüm yekunları və 2024/2025-ci illər mövsümünün təqdimatına həsr olunan tədbirdə iştirak edib.
Mediasport.az xəbər verir ki, nazir Azərbaycanda basketbolun inkişafı üçün davamlı işlər görüldüyünü deyib.
O, qeyd edib ki, basketbol liqalarında çox sayda yarışın keçirilməsi böyük uğurdur:
"Federasiya 7 liqada yarış keçirir, futbolda isə bunu edə çata bilməmişik. Yerli idmançılarımızı tanıyırıq. Onların sayı artır. Bəzən çox şey istəyirik. Amma reallığa da qayıtmalıyıq. Bölgələrdə də çempionat oyunları baş tutur. Çoxlu tərəfdarlar gəlir, izdiham olur. Hamınızı görülən işlərə görə təbrik edirəm".
Xatırladaq ki, ötən mövsüm ABL kubok matçları da daxil 7 liqa təşkil edib.