"Neftçi" Astarada Dünya Qadınlar Seriyasında mübarizə aparacaq
Basketbolun 3x3 növü üzrə Dünya Qadınlar Seriyasının oyunları Astarada keçiriləcək.
mediasport.az xəbər verir ki, mayın 20-də başlayacaq turnir iki gün davam edəcək.
Yarışda Azərbaycan yığması ilə yanaşı, Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya milliləri də mübarizə aparacaqlar. Bundan əlavə, Çinin "Yuanda" və yerli "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaq.
FİBA tərəfindən 3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasında milli komandalarla yanaşı, klubların da iştirak etməsinə icazə verilir.