"Neftçi"nin bu futbolçuları "Sumqayıt"la görüşü buraxacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının 21-ci turunda "Sumqayıt"ın qonağı olacaq.
Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın 4 futbolçusu mübarizə apara bilməyəcək.
Qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Kilan Lebon hələ də fərdi məşqlərini davam etdirir.
Asiya Kuboku turnirində çıxışını yekunlaşdıran fələstinli Ataa Caber müalicə keçir.
20-ci turda sarı vərəqə aldıqdan sonra cəzalı duruma düşən Azər Salahlı da görüşü buraxacaq futbolçulardandır.
"Sumqayıt" - "Neftçi" matçı 4 fevral, saat 15:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.