Premyer Liqada "ayın qolu"nun müəllifi mükafatlandırılıb
“Ayın qolu” layihəsinin ilk qalibi olan Turan Manafova “Araz-Naxçıvan” – “Neftçi” görüşündən əvvəl mükafatlar təqdim olunub.
Mediasport.az PFL-ə istinadən xəbər verir ki, ona mükafatları “Dalğa Arena”da Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Misli”nin İdarə Heyətinin üzvü Salih Tüfekçi təqdim ediblər.
Müdafiəçinin Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sumqatyıt"ın qapısına cərimə zərbəsindən vurduğu qol çempionatda avqust ayının ən yaxşısı seçilib.