Sorqanı Estoniyadan çağırdılar

Sorqanı Estoniyadan çağırdılar

“Sumqayıt” klubunun futbolçusu Erik Sorqa Estoniya milli komandasına dəvət alıb.

“Gənclik şəhəri” təmsilçisindən "Mediasport"a verilən məlumata görə, 24 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsində İsveç və Belçika ilə keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.

Qarşılaşmalar sentyabrın 9-da və 12-də keçiriləcək.