Niderland millisinin məşhur futbolçusu Bakıya gəlməyəcək

Niderland millisinin məşhur futbolçusu Bakıya gəlməyəcək

Oktyabrın 24-də UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşacaq "Ayaks" Azərbaycana ciddi itki ilə gələcək.

Mediasport.az xəbər verir ki, Niderland klubunun əsas vingeri Stiven Berquis matçda iştirak etməyəcək.

Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli 33 yaşlı futbolçunun səfərə yollanmayacağını açıqlayıb:

“Beruqis zədəli olduğu üçün Bakıya getməyəcək. Ümid edirəm ki, yaxşı vaxt keçirib sağalması üçün lazım olan prosedurları tamamlayacaq".

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:45-də start götürəcək.