Orxan Hüseynzadə Çempionlar Liqası oyununa təyinat aldı
UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də keçiriləcək “Slaviya” (Çexiya) - “Yunion Sent Jiluaz” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.
Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək matçı almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.