Olimpiya Təsnifat Turniri: 4 güləşçimiz mübarizəyə başlayır
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin 4 yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.
Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.
Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək.
Turnir mayın 12-də başa çatacaq.