Ağanəzər Novruzov yarımfinalda, 3 güləşçimiz isə "bürünc"ə ümid edir
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Camal Abbasov (61 kq) çinli Denqburile Denqburili, sonra braziliyalı Benjamin Souzanı 10:0 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.
ABŞ-li Markus Qlennə uduzan Camalın bürünc medal uğrunda güləşmək şansı var.
Ağanəzər Novruzov (74 kq) fransalı Seyfulla İtayevi, sonra çinli Ninq Vanqı məğlub edib və 1/4 finala yüksəlib. Qazaxıstanlı Yeqor Ancuqin üzərində qələbə qazanan Novruzov yarımfinalda Ladarion Artezlə (ABŞ) qarşılaşacaq.
Sadiq Mustafazadə (86 kq) Aleksandru Borşa (Rumıniya) uduzub və mübarizəni dayandırıb.
Anar Cəfərli (92 kq) Nikita Qobaretsi 10:0 hesabı ilə məğlub edib. O, Sali Yusrefova 3:5 hesabı ilə uduzub. Hələ də Anarın bürünc medal qazanmaq şansı var.
Yusif Dursunov (125 kq) Aleksandre Abranişvili (Gürcüstan), ermənistanlı Çakhatur Çakhaturyan üzərində qələbə qazansa da, 1/4 finalda Hakan Büyükcingilə (Türkiyə) uduzub. Yusif də "bürünc" qazanmaq şanslarını saxlayır.