"Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycanın əsl gücünü görəcəyik"

"Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycanın əsl gücünü görəcəyik"

“İnanıram ki, Parisdəki Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmanının əsl gücünü görəcəyik”.

mediasport.az xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 2022-ci ilin yekunlarına həsr edilmiş tədbirdə deyib.

O, 2021-ci ildə Azərbaycan təmsilçilərinin Tokiodakı Yay Paralimpiya Oyunlarında möhtəşəm çıxış etdiklərini xatırladıb: “Bizim artıq 19 paralimpiya çempionumuz var. Hər ölkə bununla öyünə bilmir. Bu gün sıralarımıza axın daha da sürətlənib. Paralimpiyaçılar, demək olar ki, bütün böyük tədbirlərdə iştirak edirlər. Bəzən irad tuturlar ki, təbliğatı az aparırsınız. Amma nailiyyətlərimiz hər şeydən xəbər verir və bir nömrəli təbliğatımız da budur. Parisdəki Yay Olimpiya və Paralimpiya Oyunlarına daha böyük heyətlə gedəcəyimizə əminəm”.