Yığmamızın lideri Londonda Beynəlxalq yarışın qalibi oldu
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Böyük Britaniyanın paytaxtı Londonda təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (Henley Royal Regatta) qalibi olub.
MediaSport.az xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən turnirdə idmançı öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticəni göstərib.
Təsnifat mərhələlərini uğurla keçən Dımçenko final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub. Məsafəni 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkən yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.
1839-cu ildən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. 5 gün davam edən turnirdə akademik avarçəkənlər hazırkı standartlarda olduğu kimi 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar.