Daha 12 cüdoçumuz tatamiyə çıxacaq - Bakıda Böyük Dəbilqə
Böyük Dəbilqə turnirinin ikinci günü 12 cüdoçumuz tatamiyə çıxacaq
mediasport.az xəbər verir ki, Heydər Əliyev adına idman arenasında keçirilən turnirin ikinci günü qadınların yarışında -63 kq və 70 kq çəki dərəcələrində 4 cüdoçumuz, kişilərin mübarizəsində isə -73 və -81 kq. çəki dərəcələrində 8 idmançımız medallar uğrunda mübarizə aparacaq.
Kişilər:
-73 kq - Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Vüsal Qələndərzadə
-81 kq - Səid Mollayi, Zelim Tçkayev, Elcan Hacıyev, Ömər Rəcəbli
Qadınlar:
-63 kq - Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva,
-73 kq - Südabə Ağayeva, Günel Həsənli