Azərbaycan çempionatında təxirə salınmış 2 turun oyunları keçirildi

Azərbaycan çempionatında təxirə salınmış 2 turun oyunları keçirildi

Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turunun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, 7-ci turun “Təhsil” – “Məhsul” görüşü kifayət qədər gərgin və maraqlı alınıb.

Fasiləyə 1 top fərqi ilə üstün yollanan nominal meydan sahibləri 2-ci hissədə rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Buna baxmayaraq, “Təhsil” matçı qələbə ilə başa vurub - 21:20. Bu komandaların 8-ci tura təsadüf edən qarşılaşmasında da “Təhsil” 17:16 hesablı qələbə qazanıb.

“Dinamo” U-16-nı hər iki turda məğlub edib - 54:22 və 60:32.

“Bakı” da hər iki turun oyununda rəqibinə qalib gəlib. Paytaxtın eyniadlı komandası RİOEUGİM kollektivi ilə oyunlarda müvafiq olaraq 37:24 və 30:18 hesablı qələbələri bayram edib.

“İdman Akademiyası” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Dinamo” 6 xal geri qalır. “Təhsil” 42 xalla 3-cü, “Məhsul” 41 xalla 4-cü pillədə qərarlaşıb. 19 xalı olan “Bakı” 5-ci pillədədir, RİOEUGİM və U-16 isə 6 xalla autsayderdir.