Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü yeri tutub
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında çıxışını başa vurub.
Mediasport.az xəbər verir ki, yığmamız yarışı dördüncü yerdə başa vurub.
Komandamız üçüncü yer uğrunda görüşdə Qazaxıstanın "Astana" klubuna məğlub olub - 28:31.
Xatırladaq ki, həndbolçularımız qrup mərhələsində Özbəkistanın ALMATA (28:20), ROPSTTM (39:31) və OKMK (30:28) kollektivinə qalib gəlib, yarımfinalda bu özlkənin "Özbəkistan TJ" komandasına 28:29 hesabı ilə uduzmuşdu.