Lider "Qarabağ" uduzub

Lider "Qarabağ" uduzub

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 7-ci turun daha bir oyunu baş tutub.

Mediasport.az xəbər verir ki, "Azəryol" lider "Qarabağ"la qarşılaşıb.

Gərgin və dramatik keçən görüş birincilərin çətin qələbəsilə başa çatıb - 28:27.

Qeyd edək ki, "Qarabağ" 12 xalla liderdir. "Azəryol" 11 xalla ikinci, "Kür" 9 xalla üçüncü, "İdman Akademiyası" 6 xalla dördüncü, "Bakı" 4 xalla beşinci, xalı olmayan "Gənclərbirliyi" altıncı sırada qərarlaşıb.