"Bakı" ilk oyunda uduzdu

"Bakı" ilk oyunda uduzdu

Kişi həndbolçulardan ibarət “Bakı” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışda ilk oyununa çıxıb.

mediasport.az xəbər verir ki, Azərbaycan çempionu turnirin ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Qraçanisa” kollektivi ilə görüşüb.

Qarşılaşma meydan sahiblərinin aşkar üstünlüklü qələbəsi ilə yekunlaşıb - 33:17. Bu komandalar arasında cavab dueli bu gün keçiriləcək.