İspaniya klubu Avropa Kubokunda "Qarabağ"a rəqib oldu - Püşk atıldı

İspaniya klubu Avropa Kubokunda "Qarabağ"a rəqib oldu - Püşk atıldı

2023/2024-cü illər mövsümündə EHF Avropa Kubokunda mübarizə aparacaq Azərbaycanın kişi və qadınlardan ibarət həndbol klublarının rəqibləri müəyyənləşib.

Federasiyadan "MediaSport"a verilən məlumata görə, təmsilçilərimiz yarışa 1/32 final mərhələsindən qatılacaq.

Avstriyanın paytaxtı Vyanada atılan püşkün nəticələrinə əsasən, qadınlardan ibarət “Azəryol” Bosniya və Herseqovinanın “Krivaya”, “Qarabağ” İspaniyanın “KH-7 BM Qranolyers”, “Kür” İtaliyanın “Jomi Salerno” komandaları ilə qarşılaşacaq. 

İlk oyunlar 23-24 sentyabrda keçiriləcək. Mərhələnin cavab görüşləri isə 30 sentyabr-1 oktyabr tarixlərinə təyin olunub.

Kişilərdən ibarət “Azəryol” komandası “Vinner of HC Amber” (Litva) – “Briksen"” (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Digər təmsilçimiz “Kür” isə Xorvatiyanın “Sesvete” kollektivi ilə mübarizə aparacaq. 

İlk oyunlar oktyabrın 14-ü və 15-də, cavab matçları 21-22 oktyabr tarixlərində olacaq.