Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi çinli olacaq

Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi çinli olacaq

Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarının püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançısı Anna Baştanın da ilk rəqibi müəyyənləşib.

Təmsilçimiz mübarizəyə 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Çin təmsilçisi Yanq Henqyu olacaq.

İyulun 29-i keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:50-də start götürəcək.

Qadın sablyaçıların mübarizəsi iyulun 29-da yekunlaşacaq.