Kərimova ipponla qələbə qazandı, "bürünc" medal görüşünə çıxacaq

Kərimova ipponla qələbə qazandı, "bürünc" medal görüşünə çıxacaq

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında paracüdoçu Dürsədəf Kərimova (J2 kateqoriyası) bürünc medal görüşünə çıxacaq.

Mediasport.az xəbər verir ki, +70 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə fransalı Prescilliya Lezeni ipponla məğlub edib.

Kərimova üçüncülük uğrunda görüşdə çinli Honqyu Vanqla qarşılaşacaq.