Paris-2024: Vəli İsrafilov final mərhələsinə vəsiqə qazandı

Paris-2024: Vəli İsrafilov final mərhələsinə vəsiqə qazandı

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport/az xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında gücünü yoxlayıb.

O, 1:05.82 nəticə ilə finiş xəttinə üçüncü çatıb. Bu göstərici ilə ilk "8-lik”də yer alan V.İsrafilov final mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.

“Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.