Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib

Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib

Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Mediasport.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən, Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.